Portal 8 yaşına yeni görünüşündə daxil olur!
7 months ago 193

Portal 8 yaşına yeni görünüşündə daxil olur!

“Portal Games”, 2015-ci ildə yarandığı gündən Azərbaycanın ən uğurlu  əyləncə şirkətinə çevrildi.  “Portal Games”-in bu qədər uğurlu olmasının səbəblərindən biri, oyunçular üçün hər şeyi təzə və həyəcanlı saxlamamızdadır. Biz 29 fərqli oyun təklif edirik və onların hər biri öz mövzusu, sujet  xətti və açılacaq sirrləri ilə unikal bir təcrübə təklif edir.

 Rebrendinq təşəbbüsümüzün bir hissəsi olaraq yeniliklərə və müştəri məmnuniyyətinə sadiqliyimizi daha yaxşı əks etdirmək üçün, loqomuz da daxil olmaqla bəzi dəyişikliklər etdik. Müştərilərimizin haqqımızda ilk eşitdikəri andan oyunlarımızı bitirdiya ana qədər mümkün olan ən həyacan verici təcrübələrini yaşamalarını istəyirik. 

8 illik yubileyimiz “Portal Games”  tarixində bu maraqlı yeni fəslin açılması üçün mükəmməl bir vaxtdır. Bu illər ərzində saysız-hesabsız oyunçuları öz filiallarımızda qarşılamaqdan qürur  aldıq və onların loyal dəstəyinə görə minnətdarıq. Biz böyüməyə və yeniliklər etməyə davam edəcəyik və bunları sizinlə bölüşmək üçün səbirsizlənirik.