10 il Portal Games. 10 il əyləncə.
Qelebe filialı
10 ay əvvəl 451

Qelebe filialı

Sizi, 4 may 2024-cü il tarixində qapılarını açmış yeni Qələbə filialı ilə tanış etməkdən məmnunuq!  Bu, bizim say olaraq 15-ci filialımızdır və müştərilərimizə unikal təcrübə təqdim etmək üçün atdığımız hər bir addımdan qürur duyuruq.

 Yeni Qələbə filialımız Həsən bəy Zərdabi küçəsi 72 ünvanında yerləşir.Bura hər bir detalı sirr və macəralarla dolu olan rahat bir məkandır.

 Qələbə filialı açılışdan dərhal sonra sizə, hər biri heyrətamiz sərgüzəştlər və sirrlər dünyasına qərq etmək üçün nəzərdə tutulmuş 6 maraqlı oyun təklif edəcək. Hal-hazırda 6 oyundan yalnız biri- "Otel" oyunu fəaliyyət göstərir.

 

Qələbə filialının peşəkar komandası sizə gözlənilməyən dönüş, həyəcanlı anlar ilə dolu olan unudulmaz təcrübə yaşatmaq üçün dayanmadan çalışır.Öz hekayəsinin qalibi ola biləcək hər kəsi yeni filialımızda səbirsizliklə gözləyirik!

Hər qapının - yeni  macəra, hər tapmacanın isə sirləri tapmaq bacarığınızı göstərmək şansınızın olduğu Qələbə filialına gələrək bizə qoşulun.