Orta
22 / 24₼
2 - 8
80
AZ, EN, RU
Siz quldursunuz və Cekpot'u əldə etmək üçün bankı soymağı qərara almısınız.Amma bankı soymaq istəyən tək siz deyilsiniz, bu yolda sizə qarşı mübarizə aparan manyak da var.O, motelə daxil olan bank işçilərini öldürüb, lakin bankın açarlarını tapa bilməyib.Siz bu açarı moteldə tapmalısınız və sonra banka daxil olaraq, mümkün qədər sakit olmalısınız, çünki bankda səs detektorları quraşdırılmışdır.Bəzən banka mühafizəçi gəlir və bankda tanımadığı adamların olub-olmadığını yoxlayır. Mühafizəçi tərəfindən tutulmanız işinizi daha da çətinləşdirə bilər. Kassaya daxil olmalı, bütün pulları götürməli və havalandırma sistemi vasitəsilə qaçmalısınız. Bu qucaqdolu pulları əldə etməyə hazırsınız?