Çətin
18 / 20₼
2 - 8
60
AZ, EN, RU
Dostlarınızla birlikdə istirahət etmək üçün şəhərkənarına çıxmağa qərar vermisiniz.Hər şey yaxşı getdiyi halda başınıza təsəvvür etmədiyiniz hadisələr gəlir. Axşam saatlarında geri dönərkən yolunuz meşəlik ərazisindən keçirdi. Elə hər şey də burdan başladı! Qəflətən avtomobiliniz dayandı, telefonunuzun şəbəkəsi isə tutmurdu. Meşədə bir fənər işığını gördünüz və kömək dalınca getməyə qərar verdiniz, bir müddət sonra azdığınızın fərqinə vardınız. Bir anda sizi çaxnaşma, narahatlıq bürüməyə başladı və sizə tərəf bir şeyin gəldiyini eşidirsiniz. O, sizə yaxınlaşır! Bəli, bu qorxudur!Qorxu sizi tapdı!Qorxu artıq sizi idarə edir! Əsla durmayın! İrəli getməli, kömək tapmalı və özünüzü xilas etməlisiniz!